ABŞ
Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi - FOTO
ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın terrorçu və işğalçı siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.
Publika.az Report.az-a istinadən xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız işğala son qoyulmasını və Xocalı soyqırımının tanınmasını tələb ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları iştirak ediblər. Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı haqqında məlumatları əks etdirən fotolarla, plakatlarla "Xocalıya ədalət!" şüarlarını səsləndiriblər. Aksiyada soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınması və cinayətkarların beynəlxalq məhkəməyə verilməsi tələb edilib.
Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq soyqırımının tanınması tələbi ilə etiraz aksiyası keçirir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR