ABŞ
Birinci xanımdan maska TÖVSİYƏSİ
ABŞ-ın birinci xanımı Melaniya Tramp COVID 19-dan qorunmaq üçün maskaların əhəmiyyətindən söz açıb.
Publika.az xəbər verir ki, Melaniya Tramp Tvitter hesabında qoruyucu maskaların əhəmiyyətini izah edən bir video paylaşıb.
O, maskalardan istifadənin və sosial məsafənin koronavirusdan müdafiədə vacib olduğunu diqqətə çatdırıb: “Sosial məsafəyə diqqət etməliyik. Bazar və aptek kimi sosial məsafənin çətin olduğu yerlərdə qoruyucu maskalardan istifadə edin”.

Xatırladaq ki, ABŞ Prezidenti Donal Tramp, mətbuat konfransında maska taxmadığını söyləmişdi. O, özünü yaxşı hiss etdiyini və maska taxmaq istəmədiyini bildirmişdi.
“Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə maska taxmaq istəmirəm”, - deyə ABŞ Prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığı sualını cavablandırıb.
“Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq... bilmirəm, bu, mənim üçün deyil”, - D.Tramp izah edib.
Ölkə başçısı onu da əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus çox tezliklə başa çatacaq.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





