ABŞ-ın yeni İran planı: İqtisadi blokada, uzunmüddətli müharibə və yeni hücum ehtimalı
Bizi izləyin

ABŞ

ABŞ-ın yeni İran planı: İqtisadi blokada, uzunmüddətli müharibə və yeni hücum ehtimalı

ABŞ-ın yeni İran planı: İqtisadi blokada, uzunmüddətli müharibə və yeni hücum ehtimalı

Pentaqonun keçmiş rəhbəri Mark Esper İran ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Publika.az "NewsNation"a istinadən xəbər verir ki, o, ABŞ ilə İran arasında müharibənin 2029-cu ilə qədər davam edə biləcəyini bildirib.

"Bəli, bu, dəqiq 2027-ci ilə qədər davam edəcək... Amma əsas sual budur ki, bu müharibə 2028-ci ilə, hətta 2029-cu ilə qədər də davam edəcəkmi? Elədir ki, var və indi hər şey strategiyadan asılıdır", - Esper deyib.

O, ABŞ prezidenti Donald Tramp tərəfindən İrana qarşı tətbiq edilmiş "iqtisadi blokada"nı dəstəklədiyini də bildirib.

Keçmiş yüksək rütbəli hərbi məmur bildirib ki, bu prosesi uğurla həyata keçirmək üçün "beynəlxalq əməkdaşlığa yönəlmiş olduqca səbirli və intizamlı bir strategiya lazımdır". O əlavə edib ki, İranın müqavimətini tədricən yatırmaq lazımdır ki, nəticədə Tehran rəsmiləri danışıqlar masasına oturub inandırıcı bir arqument təqdim etsinlər.

Bununla belə, Esper bu planın həyata keçirilməsinin uzun müddət çəkəcəyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 20-də Tramp İranın hələlik amerikalılar üçün məqbul bir razılaşmaya qol qoymağa hazır olmadığını bildirmişdi. Eyni zamanda, "CBS News" həmin gün öz mənbələrinə istinad edərək diqqət çəkən xəbər yaydı. Belə ki, nəşr ABŞ və İsrailin yaxın gələcəkdə İrana qarşı yeni bir hücum imkanlarını araşdırdıqlarını yazıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm