ABŞ
NATO parçalanır? - Pentaqon hərbçilərinə Kanada ilə bağlı qadağa qoydu
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi qulluqçularına amerikalı və kanadalı hərbçilər arasında qeyri-rəsmi ünsiyyətin məhdudlaşdırılması barədə xidməti göstəriş verib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Cənubi Dakota ştatından olan respublikaçı senator Mayk Raundsın açıqlamasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq göstəriş bir neçə ay əvvəl hazırlanıb, lakin yalnız bu yaxınlarda imzalanaraq qüvvəyə minib. Senatorun qiymətləndirməsinə əsasən, dəyişikliklər iki ölkənin hərbi qurumları arasında rəsmi əməkdaşlığa təsir göstərməyəcək, lakin ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi ünsiyyətini məhdudlaşdıracaq.
Qəzet qeyd edir ki, bu qərar Donald Trampın Ağ Evə qayıtmasından sonra iki müttəfiq ölkə arasında münasibətlərin pisləşməsinin davam etdiyini göstərir.
Bundan əvvəl “The Washington Post” qəzeti Pentaqon rəhbəri Pit Heqsetin ABŞ və Kanada arasında hərbi əməkdaşlığa məhdudiyyətlər tətbiq etdiyini yazmışdı. Nəşrin məlumatına görə, qərar kəşfiyyat məlumatlarının mübadiləsinə, eləcə də NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığa şamil edilmir.
Kanadanın müdafiə naziri Devid Makginti isə şənbə günü açıqlamasında ABŞ-nin Kanada Silahlı Qüvvələri ilə əməkdaşlığı məhdudlaşdırmadığını bildirib.
-
ABŞ10:45NATO parçalanır? - Pentaqon hərbçilərinə Kanada ilə bağlı qadağa qoydu
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Digər10:04Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü - VİDEO
-
Hadisə09:28İranda baş verən zəlzələ Naxçıvanı da silkələdi
-
Sosial08:24Boşanmanın gizli səbəbi məlum oldu
-
ABŞ08:12Uşağın şərəfinə təşkil edilən şənlikdə faciə: Üç ölü, bir yaralı
-
MDB08:00Tibb bacısının ayaqqabısına vərəm bakteriyaları olan bəlğəm tökdülər
-
Ekologiya07:17Bu gün 18 dərəcə isti olacaq - Hava proqnozu














.jpg)





















