ABŞ
Koronavirusun tüğyan etdiyi ABŞ-da daha bir TƏHLÜKƏ: an məsələsidir...
Yeni tip koronavirusun mərkəzinə çevrilən ABŞ-da “Vespa mandarinia” adlandırılan Asiya tipli eşşək arısı hücumları ortaya çıxıb.
Publika.az xəbər verir ki, Vaşinqton ştatında aşkarlanan arı növünün ölkənin şərq hissəsinə çatmasının an məsələsi olduğu bildirilib.
Yaponiyada hər il 50 insanın ölümünə səbəb olan və ətcilliyi ilə tanınan Asiya tipli eşşək arısının ölkəyə necə giriş etdiyi hələ ki, bilinmir. Mütəxəssislər arının Çindən karqo ilə gəldiyini ehtimal edir.
Arıçılıq üzrə mütəxəssis Entoni Planakis bildirib ki, arıların kolonlaşması üçün bir neçəsi kifayət edir. “CNN International”a açıqlama verən Vaşinqton Universitetinin ekspertləri qeyd edib ki, bu arılar iynələrini ard-arda insana sancarsa, onu öldürə bilər.
Asiya tipli “Vespa mandarinia” arı ailəsinin ən böyük üzvüdür. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin rəsmi hesabatında “qatil arılar” xüsusi diqqət mərkəzində saxlanılıb.
Xatırladaq ki, ABŞ-da 1 milyon 188 min 421 nəfər koronavirusa yoluxub.
Zümrüd
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ