"Trampın ölüm saatı" Nyu-Yorkun mərkəzində asıldı - FOTO
Bizi izləyin

ABŞ

"Trampın ölüm saatı" Nyu-Yorkun mərkəzində asıldı - FOTO

ABŞ-ın koronavirus mərkəzinə çevrilən Nyu-Yorkda pandemiya səbəbilə dünyasını dəyişənlərin sayını göstərən elektron afişa asılıb.

Publika.az xəbər verir ki, bu təşəbbüs film istehsalçısı Equene Yarekidən gəlib.

O, "Tayms" meydanında qurulan ekrana "Trampın ölüm saatı" adını verib.

Yareki "Vaşinqton Post" qəzeti üçün qələmə aldığı "Buraxın, rəqəmlər danışsın" başlıqlı yazısında pandemiyaya qarşı kifayət qədər tədbirlər görməməkdə tənqid olunan ABŞ Prezidenti Donald Trampa sərt reaksiya göstərib.

Son rəqəmlərə görə, ABŞ-da 1 milyon 457 min 649 nəfər koronavirusa yoluxub, 86 min 912 nəfər dünyasını dəyişib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm