Trampdan LGBT fərdləri ilə bağlı ŞOK QƏRAR
Bizi izləyin

ABŞ

Trampdan LGBT fərdləri ilə bağlı ŞOK QƏRAR

Donald Tramp administrasiyası LGBT fərdlərinə səhiyyə sahəsində ayrıseçkilik edilməməsi üçün təmin edilən üstünlükləri ləğv və sadəcə “qadın”, “kişi” cinsiyyətlərinin diqqətdə saxlanmasını ehtiva edən qərara imza atıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə və Humanitar Xidmətlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, cinsiyyət kəlməsinin əsas mənası bioloji olaraq müəyyən edilmiş qadın və kişi cinsiyyətidir. Hökumətin də cinsi ayrıseçkiliyi buna əsasən aparılacaq.

Qeyd edək ki, ABŞ-da dindar səhiyyəçilərin hökumətin onlara və inanclarına əks olan insanları müalicə etməyi rədd etmək imkanı tələbi istiqamətində Tramp hökumətinin bu qərarı verməsi gözlənilirdi.

Bir qrup insan haqları müdafiəçiləri və səhiyyə işçiləri bu qərarın həkimlər, xəstəxanalar və sığorta şirkətləri üçün LGBT fərdlərinə müalicə, eynilə sığorta haqları verməməsinin önünü açdığını bildirir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm