ABŞ-dan müttəfiqinə qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT: prezidenti və həyat yoldaşını... - (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

ABŞ-dan müttəfiqinə qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT: prezidenti və həyat yoldaşını... - (YENİLƏNDİ)

ABŞ Dövlət Departamentinin “Sezar Suriya Mülki Müdafiə Qanunu” çərçivəsində sanksiya siyahısına daxil ediləcək şəxslər bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə departamentin rəhbəri Mayk Pompeo danışıb.

O bildirib ki, Suriyanın dövlət başçısı Bəşər Əsəd və həyat yoldaşı daxil olmaqla, bu ölkədən 39 yüksək vəzifəli şəxsi sanksiya siyahısına salınıb.

“Sanksiyalar Əsəd rejimini müharibəni davam etdirmək və Suriya xalqına qarşı kütləvi zorakılıq etmək üçün istifadə olunan gəlirdən məhrum buraxmaq məqsədilə hazırlanan uzunmüddətli iqtisadi və siyasi təzyiq kampaniyasının başlanğıcıdır”, - Pompeo vurğulayıb.

Onun sözlərinə görə, bu, hələ son deyil: “Yaxın müddətdə Əsədi dəstəkləyən çox sayda insan və qurumlar da yeni sanksiyaların hədəfi olacaq”.

*****

10:02

ABŞ Suriyaya sanksiya tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kelli Kraft danışıb.

ABD, Esed rejimine yaptırım uygulayacak

“Donald Tramp Administrasiyası sabah Bəşər Əsəd rejiminin hərbi nailiyyət əldə etməsinin qarşısını almaq, rejimi və müttəfiqlərini müzakirə masasına qaytarmaq üçün sanksiyalar tətbiq edəcək. ABŞ Əsəd rejimini vəhşilik və insan haqlarını pozmaq üçün istifadə etdiyi gəlir qaynaqlarından məhrum etməyi hədəfələyir. Bu şəkildə sülh ümidinin və siyasi prosesin qarşısındakı maneələr aradan qalxacaq”, - Kraft qeyd edib.

Qeyd edək ki, sözügedən sanksiyalar ABŞ Prezidentinin ötən ilin dekabr ayında imzaladığı “Sezar Suriya Mülki Müdafiə Qanunu” çərçivəsində tətbiq olunacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm