Tramp Putini görüşə dəvət edəcək
Bizi izləyin

ABŞ

Tramp Putini görüşə dəvət edəcək

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini G7 zirvə görüşünə mütləq dəvət edəcəyini deyib.

Publika.az xəbər verir ki, bu barədə Tramp özü jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, noyabrda prezident seçkilərindən sonra baş tutacaq zirvə görüşündə Putini görməkdən məmnunluq hiss edəcək: "Bir sıra liderləri görüşə dəvət etdik. Əlbəttə, onu (Putini) toplantıya dəvət edərdim. Düşünürəm ki, o, çox vacib amildir. G7-yə üzv olmayan liderləri də dəvət edəcəyik. Bəziləri artıq dəvətnamələri qəbul edib".

Qeyd edək ki, D.Tramp G7 üzvü olmayan Rusiya, Hindistan, Avstraliya və Koreya Respublikası liderlərini zirvəyə dəvət etmək istədiyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm