ABŞ
Melaniya Trampdan ilginc sözlər: “Ərim çalışır ki…”
ABŞ-ın birinci xanımı Melaniya Tramp Amerika prezidentinin COVID-19 üçün təsirli bir müalicə tapması və ya hər kəs üçün əlçatan bir peyvənd hazırlamaq üçün hər şeyi edəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, Melaniya Tramp bu barədə Prezident Donald Trampın qatıldığı Ağ Evin Gül bağçasında keçirilən konqresdə danışıb.
“Yaxınlarını itirənlərin hamısına dərin hüznlə başsağlığı verirəm və dualarım əziyyət çəkən və ya xəstələnənlərlədir. Bilirəm ki, bir çox insan narahatdır, bəziləri özlərini çarəsiz hiss edirlər. Mən bildirmək istəyirəm ki, ərimin rəhbərliyindəki komanda mübarizəni dayandırmayacaq, hər kəs üçün əlçatan olacaq təsirli bir müalicə və ya peyvənd tapacaq”, - Melaniya Tramp qeyd edib.
Onun sözlərinə görə, Donald bu dəhşətli pandemiyadan təsirlənmiş hər kəsin qayğısına qalmaq üçün əlindən gələni etməyincə sülh olmayacaq.
ABŞ-ın birinci xanımı pandemiya zamanı gördükləri işlərə görə həkimlərə, tibb bacılarına və müəllimlərə təşəkkür edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
