Minlərlə insan təxliyə edildi: ölənlərin sayı artır - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

Minlərlə insan təxliyə edildi: ölənlərin sayı artır - FOTO - (YENİLƏNDİ)

ABŞ-ın Kaliforniya, Oreqon və Vaşinqton ştatlarındakı meşə yanğınlarının qurbanlarının sayı 23-ə çatıb.

Publika.az xəbər verir ki, yanğınlar nəticəsində 4,4 milyon hektar ərazinin külə döndüyü bildirilir.

Onlarla insan itkin düşüb. Riskli bölgələrin sakinləri təxliyə olunur.

102 nöqtədə yanğınların davam etdiyi müəyyən olunub.

***********

09:30

ABŞ-ın Kaliforniya, Oreqon və Vaşinqton ştatlarındakı meşə yanğınlarının fəsadı böyüməkdədir.

Publika.az xəbər verir ki, fəlakət nəticəsində 15 nəfər həlak olub, 500 mindən çox insan təxliyə edilib.

İsti havanın təsiri ilə yüzlərlə nöqtəyə yayılan yanğın minlərlə tikiliyə zərər verib.

Yanğın bölgəsində 16 nəfər itkin düşüb.

Bu həftə 3 min 625 kv.km-dən çox meşə ərazisi yanıb.

Yanğınlarla 20 mindən çox yanğınsöndürən mübarizə aparır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm