ABŞ
Melaniya Trampın gizli səs qeydləri yayıldı
ABŞ-ın birinci xanımı Melaniya Trampın gizli səs qeydləri yayımlanıb.
Publika.az xəbər verir ki, “CNN International” xanım Trampın Meksikadan ölkəyə qanunsuz daxil olan miqrantların uşaqları ilə Yeni il hazırlığı mövzusunda gizli qeydə alınmış söhbətini dərc edib.
Xəbərdə bildirilib ki, material M.Trampın 2018-ci ildə müşavirliyini edən Stefaniya Uinston Uolkoffa aiddir.
Qeyddə birinci xanım Trampın Meksika sərhədini qanunsuz yollarla keçən ailələri uşaqlarından ayırmaq siyasəti və Yeni il hazırlıqları kimi ənənəvi ABŞ prezidentini həyat yoldaşı vəzifəsini yerinə yetirməsi nöqtəsində ona istiqamətləndirilən tənqidlərdən dolayı üzgün olduğunu dilə gətirir: “Cinayət ortağı olduğumu söyləyirlər. Onunla eyniyəm, onu dəstəkləyirəm. Mən olduğum yerdə kifayət qədər edə bilmirəm, kifayət qədər danışa bilmirəm”.
Yeni il hazırlıqları mövzusunda isə bunları deyib: “Yeni il məsələlərinə bir az zaman ayırıram. Yeni il bəzəkləri və dekorasiyaları kimə maraqlıdır? Amma mənim bunu etməyim lazımdır, elə deyil? Yeni il üçün çalışdığımı və plan qurduğumu deyirəm. Bəs ailələrindən ayrılan uşaqlar necə olacaq?”.
O, ailələrindən ayrı salınan uşaqları yenidən valideyninə qovuşdurmağa çalışdığını, lakin prosesin qanuni yollarla irəliləməsinin vacibliyini vurğulayıb: “Uşaqlar “Aman Allah, öz yatağımmı olacaq? Yataqdamı yatacam? Geyimlərim üçün dolablar da olacaq?” deyir. Bunu eşitmək çox üzücüdür. Amma öz ölkələrində bunlara sahib deyildilər. Yerdə yatırdılar. Onlara yaxşı qulluq edilir. Amma valideynləri ilə birlikdə deyillər”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
