ABŞ
Koronavirusa yoluxan Tramp: Tezliklə geri dönəcəm
Koronavirusa yoluxan ABŞ prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində xəstəliyinin gedişatı ilə bağlı yenidən test olunacağını, virusun öhdəsindən gələcəyini və tezliklə geri dönəcəyini açıqlayıb.
Publika.az-ın məlumatın görə, bu barədə Ağ Ev rəhbəri müalicə aldığı “Walter Reed” xəstəxanasında video-görüntü çəkərək Tvitter hesabında paylaşıb.
Tramp səhhətinin getdikcə yaxşılaşdığını bildirib və sağalmasını arzulayan hər kəsə təşəkkür edib.
“Buraya gələndə özümü yaxşı hiss etmirdim, indi özümü daha yaxşı hiss edirəm. Hər kəs mənim səhhətimin yaxşılaşması və vəzifə başına geri qayıtmağım üçün çox çalışır. Düşünürəm ki, tezliklə qayıdacağam”, - Tramp qeyd edib.
Tramp, həyat yoldaşı Melaniya Trampın xəstəliyi özündən daha yüngül formada keçirdiyini və qısa müddətdə tamamilə sağalacağını vurğulayıb.
Akqabay
-
Magazin106:46Xoşqədəm Hidayətqızı kafedə gözlənilməz vəziyyətlə üzləşdi: "Biabırçılıqdır"
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO

































