ABŞ-da atışma: ölən və yaralananlar var
Bizi izləyin

ABŞ

ABŞ-da atışma: ölən və yaralananlar var

ABŞ-da Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, 5 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə yerli “Fox 5” televiziya kanalı məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla təxminən, saat 16:00-da mağazada olan bir qrup şəxsə odlu silahdan atəş açıb.

Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm