ABŞ
Baydenin qərargahından TƏKLİF: Məhkəmə yolu ilə...
Demokratlar Partiyasından prezidentliyə namizəd olan Co Baydenin seçki qərargahı məhkəmələr vasitəsilə ölkədəki ümumi seçkilərdə verilmiş bütün bülletenlərin lazımi qaydada hesablanmasını təmin etməyə hazırdır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Baydenin bu gün yayımlanan bəyanatında deyilir.
“Prezident (Donald Tramp – red.) təhdidini həyata keçirərsə və səslərin düzgün sayılmasının qarşısını almaq üçün məhkəməyə müraciət edərsə, bunun qarşısını almağa hazır vəkillərimiz var. Onlar bu işdən qalib çıxacaqlar”, - sənəddə deyilir. Demokratın qərargahının nümayəndələri ABŞ liderinin bülletenlərin işlənməsinə müdaxilə etməyə çalışdığı barədə açıqlama veriblər.
“Prezidentin səslərin sayılmasının dayandırılması cəhdi ilə bağlı bugünkü açıqlaması biabırçı, misli görünməmiş və səhv addımdır. Bu, ona görə biabırçıdır ki, ABŞ vətəndaşlarını demokratik hüquqlardan məhrum etmək cəhdidir", - məlumatda deyilir
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR