ABŞ-ın yeni Dövlət katibi kim olacaq? - AÇIQLANDI
Bizi izləyin

ABŞ

ABŞ-ın yeni Dövlət katibi kim olacaq? - AÇIQLANDI

ABŞ Prezidenti seçilən Co Bayden dövlət katibi vəzifəsinə namizədini müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə “Hill” nəşrinin məlumatına görə, bu vəzifəyə namizədin adı gələn həftə açıqlanacaq.

Nəşr Baydenin bu vəzifəyə çoxdankı müttəfiqi olan Toni Blinkenin namizədliyini irəli sürəcəyini yazıb.

Qeyd edək ki, Blinken ABŞ dövlət katibinin birinci müavini və prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm