Bayden hökumətindən Türkiyə və Rusiyaya ŞOK TƏLƏB: dərhal geri çəkilin!
Bizi izləyin

ABŞ

Bayden hökumətindən Türkiyə və Rusiyaya ŞOK TƏLƏB: dərhal geri çəkilin!

ABŞ-ın BMT-dəki daimi səfiri Riçard Mills Türkiyə və Rusiyaya çağırış edib.

Publika.az xəbər verir ki, o, bu ölkələrin hərbi qüvvələrini Liviyadan dərhal geri çəkməli olduğunu bildirib.

Səfir qeyd edib ki, xarici hərbi qüvvələrin Liviyadan çıxması üçün tanınan müddət başa çatıb: “Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxil, bütün xarici tərəfləri Liviyanın suverenliyinə hörmət etməyə və hərbi müdaxiləni dərhal dayandırmağa çağırırıq”.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsinin tərəfləri 23 oktyabr 2020-ci ildə BMT-nin himayəsində atəşkəs razılaşması imzalamış, bu çərçivədə bütün xarici hərbi qüvvələr və muzdluların 3 ay ərzində ölkəni tərk etməsi istənmişdi. Tanınan müddət ötən həftənin şənbə günü başa çatsa da, meydanda heç bir hərəkətlilik müşahidə olunmur.

BMT təxminlərinə görə, Liviyada 20 minə yaxın xarici əsgər və muzdlu var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm