ABŞ polisi yenə dəhşət saçdı: gənc oğlan öldü
Bizi izləyin

ABŞ

ABŞ polisi yenə dəhşət saçdı: gənc oğlan öldü

ABŞ-ın Kaliforniya ştatında polisin səbəb olduğu zorakılıq dəhşəti üzə çıxıb.

Publika.az xəbər verir ki, 30 yaşlı Ancelo Kuinto saxlanılarkən polis tərəfindən 5 dəqiqə ərzində boynundan təzyiqə məruz qalıb.

O, 3 gün sonra vəfat edib. Ölüm səbəbinin polisin yanlış metodundan qaynaqlana biləcəyi iddia edilib.

WATCH: Disturbing Video Shows Navy Veteran's Encounter With California Cops  | Heavy.com

Ailədaxili münaqişə zəmnində qeydə alınan hadisə Antiox bölgəsində 23 dekabr 2020-ci ildə meydana gəlsə də, dünya mediasına CNN-in xəbərindən sonra düşüb.

CNN-in xəbərində polisi anasına zərər verməsindən qorxduğu üçün Ancelonun bacısı İzabellanın çağırdığı, bu arada anasının onu sakitləşdirməsinə rəğmən, polisin nə olduğunu anlamadan Anceloya qarşı zorakılıq tətbiq etdiyi bildirilib. Vəkillər Ancelonun huşunu itirdiyini və yerləşdirildiyi xəstəxanada 3 gün sonra öldüyünü deyib. O, xəstəxanaya çatdırılarkən üzü qan içində olub.

Qeyd edək ki, bu, ABŞ polisinin səbəb olduğu ilk belə hadisə deyil. Daha əvvəl afroamerikalı Corc Floydun polis tərəfindən zorakılığa məruz qalaraq öldürülməsi ölkə tarixində ən şiddətli iğtişaşlardan birinə səbəb olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm