ABŞ-da yas mərasiminə SİLAHLI HÜCUM: ölən və yaralananlar var - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da yas mərasiminə SİLAHLI HÜCUM: ölən və yaralananlar var - VİDEO

ABŞ-da ötən gecə odlu silahdan növbəti atışma olub.

Publika.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat verib.

Bildirilib ki, ötən gecə ərzində rəsmi qeydə alınan ikinci odlu silahdan istifadə hadisəsi Ohayo ştatında baş verib. Kolumbus şəhəri yaxınlığında naməlum şəxs yas mərasiminə daxil olub və insanlara atəş açmağa başlayıb. Baş verən atışma zamanı azı bir nəfər həlak olub, daha beş nəfər isə yaralanıb.

Hadisənin digər təfərrüatları hələ ki, açıqlanmır.

Bu, son saatlarda ABŞ-da baş vermiş ikinci silahlı insidentdir. Bu hadisədən əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm