Pakistandan TÜRKİYƏYƏ DƏSTƏK: Qureyşi Çavuşoğluna zəng etdi
Bizi izləyin

ABŞ

Pakistandan TÜRKİYƏYƏ DƏSTƏK: Qureyşi Çavuşoğluna zəng etdi

Pakistan İslam Respublikasının Xarici işlər naziri Şah Mahmud Qureyşi ABŞ Prezidenti Co Baydenin 1915-ci il olaylarını "soyqırımı" kimi tanımasına cavab olaraq, Türkiyə tezislərinə dəstək verib.

Publika.az xəbər verir ki bu barədə "TRT Haber" diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Pakistan XİN rəhbəri dəstək məqsədiylə türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Əlavə olaraq, Pakistan XİN-in sözçüsü Zahid Hafis Çavdiri də açıqlama verib:

"Rəsmi İslamabad rəhbərliyi 1915-ci il olayları ilə əlaqədar bəzi hökumətlər tərəfindən verilən açıqlamaları qeydə alır. Tarixi olaylara təktərəfli yanaşmalar, siyasi sinifləndirmə millətlər arasındakı güvəni zədələyə və qütbləşməyə yol aça bilər".

"Türkiyənin 1915-ci il olaylarıyla bağlı gerçəkləri ortaya çıxarmasına dəstək üçün Ortaq Tarix Komissiyasının təklifi də daxil olmaqla konstruktiv yanaşmanı təqdirlə qeyd etdik", - deyə Çavdiri əlavə edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm