ABŞ
Bayden Netanyahuya təşəkkür etdi
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benjamin Netanyahu ilə telefonda danışıb.
Publika.az xəbər verir ki, ABŞ-ın dövlət başçısı İsrailə Qəzza sektorunda hərbi əməliyyatları dayandırmaqla bağlı qərarınə görə təşəkkür edib.
Bayden deyib: "Baş nazir Benyamin Netanyahu ilə danışıqlarda 11 gündən az müddətdə mövcud hərbi əməliyyatlara son qoyduğuna görə ona təşəkkür etdim. Mən həmçinin bu münaqişə boyunca dediklərimi də vurğuladım: ABŞ İsrailin Qəzzada HƏMAS və digər terrorçu qruplaşmaların İsraildə günahsız insanların həyatına son qoyan raket hücumlarından müdafiə hüququnu tam dəstəkləyir".
ABŞ rəhbəri bildirib ki, Birləşmiş Ştatlar "Dəmir günbəz" Hava Hücumundan Müdafiə sisteminin bərpasına imkan yaradacaq.
Bayden həmçinin Misir prezidenti Əbdülfəttah əl-Sisiyə atəşin dayandırılmasında vasitəçiliyinə görə təşəkkür edib.
Bayden əlavə edib ki, ABŞ HƏMAS-la deyil, Fələstin administrasiyası ilə tam əməkdaşlıq edəcək və Qəzzanın bərpasına yardım edəcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ