ABŞ
Vaşinqtonun meri Azərbaycanla bağlı bəyannamə imzaladı - FOTO
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.
Publika.az xəbər verir ki, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub.
Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır.
Eyni zamanda bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından iyirmi doqquz il keçdiyi bildirilir.
Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində strateji tərəfdaş olduğu vurğulanaraq hər iki ölkənin qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə, sülhə, firavanlığa dəstəyi diqqətə çatdırılır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası xüsusilə ölkənin paytaxtında müxtəliflik və fürsət yaratmaq üçün iqtisadi sahədə və insanlar arasında mübadilənin vacibliyini tanıyır.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO