ABŞ Beynəlxalq Məhkəməni hədələdi: Netanyahunun həbsinə order verilsə...
Bizi izləyin

ABŞ

ABŞ Beynəlxalq Məhkəməni hədələdi: Netanyahunun həbsinə order verilsə...

ABŞ Konqresinin Demokratlar və Respublikaçılar Partiyasından olan nümayəndələri Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) xəbərdarlıq ediblər ki, İsrailin yüksək rütbəli məmurları üçün mümkün həbs orderlərinin verilməsi ABŞ-ın cavab tədbirləri ilə qarşılanacaq.

Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Demokratlar və Respublikaçılar məhkəmənin İsraillə bağlı araşdırmasına qarşı çıxıblar.

“Axios”un daha əvvəl xəbər verdiyi kimi, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən BCM-nin order verməsinin qarşısını almağı xahiş edib. Bazar ertəsi Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ-ın İsrailə qarşı məhkəmə istintaqını dəstəkləmədiyini söyləmişdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm