Bu xanım biznesmeni 20 il həbs gözləyir - ŞOK SƏBƏB
Bizi izləyin

ABŞ

Bu xanım biznesmeni 20 il həbs gözləyir - ŞOK SƏBƏB

ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi xanım Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.

Publika.az ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata istinadla xəbər verir ki, xanım biznesmen 2015-ci ilin noyabrından başlayaraq 2019-cu ilin mayına kimi digər şirkətlərdən kompüter avadanlıqları alaraq Hoq-Konqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə İrana satıb.

ABŞ qanunlarına əsasən, sanksiyalar rejimini pozan Tina Çeni 20 il müddətində azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə gözləyir.

İyulun 26-da Nevada məhkəməsində T.Çenə qarşı qaldırılan cinayət işi üzrə ilk dinləmə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm