ABŞ
Daha bir ŞOK İDDİA: Koronavirus Çində deyil, ABŞ-da yayılıb
Bir qrup alim ABŞ-da ilk koronavirus infeksiyasının 2019-cu ilin dekabrında qeydə alındığını iddia edir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, ABŞ-da aparılan qan nümunələri araşdırmasına əsasən, ilk koronavirus infeksiyası 2019-cu ilin dekabrında baş verib.
"Bu hesabatın nəticələri SARS-CoV-2 infeksiyasının ABŞ-da gözləniləndən daha erkən mövcud ola biləcəyini göstərir", - deyə qeyd olunur.
Bildirilib ki, alimlər 2 yanvar-18 mart 2020-ci il tarixləri arasında 50 əyalət sakinləri tərəfindən verilən 24 mindən çox qan nümunəsini araşdırıblar. Nəticədə yanvar ayının əvvəllərində müəyyən sayda amerikalıda antikorun inkişafı aşkarlanıb. Lakin o dövrdə bu əyalətlərdə rəsmi olaraq heç bir infeksiya hadisəsi qeydə alınmayıb.
Qeyd edək ki, ABŞ-da pandemiyanın başlanğıcından bəri 33,3 milyondan çox yoluxma aşkar edilib, 597,3 mindən çox insan COVİD-19-dan ölüb.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO