ABŞ
ABŞ-dan Rusiyaya daha bir SANKSİYA: siyahıda Simonyan da var
ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi insan haqlarının pozulması ilə əlaqəli 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə edilən dəyişikliyi təsdiqləyib.
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst, jurnalist Vladimir Solovyov və digərlərinin adları yer alıblar.
Dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək