ABŞ-da dəhşətli təyyarə qəzası: sərnişinlər və ekipaj üzvləri HƏLAK OLDU - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da dəhşətli təyyarə qəzası: sərnişinlər və ekipaj üzvləri HƏLAK OLDU - VİDEO

Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında iki təyyarə toqquşub. Nəticədə təyyarələr tamamilə məhv olub.

Publika.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin zabiti Aleks Kuevas "Fox3"ə məlumat verib.

O bildirib ki, toqquşma yerli vaxtla iyulun 17-də günorta saatlarında baş verib. Hadisə zamanı təyyarələrdə olan şəxslərdən sağ qalanı olmayıb.

Ölənlərin şəxsiyyəti və dəqiq sayı, o cümlədən hadisənin təfərrüatları araşdırılır. Mütəxəssislər hazırda araşdırmanı davam etdirirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm