Pentaqondən NÜVƏ MÜHARİBƏSİ xəbərdarlığı: Əgər bunu etsələr...
Bizi izləyin

ABŞ

Pentaqondən NÜVƏ MÜHARİBƏSİ xəbərdarlığı: Əgər bunu etsələr...

"Ukraynadakı münaqişədə istənilən formada nüvə silahından istifadə tamamilə yolverilməzdir, belə bir addım son dərəcə ciddi nəticələrə səbəb olacaq".

Publika.az xəbər verir ki, bu fikri ABŞ Strateji Komandanlığının rəhbəri Çarlz Riçard bildirib.

"Bu münaqişədə istənilən miqyasda nüvə silahından istifadə bizim və dünyanın qalan hissəsi üçün qətiyyən qəbuledilməz olardı və belə bir addım ağır nəticələrə gətirib çıxara bilər", - Riçard bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır.

O qeyd edib ki, NATO açıq şəkildə özünü nüvə ittifaqı adlandırır və ABŞ-ın nüvə silahları onlardan istifadəni təcrübədən keçirən qeyri-nüvə dövlətlərinin ərazisində yerləşir.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm