ABŞ
Son 5 ildə İLK: ABŞ və Cənubi Koreya...
Cənubi Koreya və ABŞ hərbçiləri Yapon dənizində son 5 ilin ilk birgə hərbi dəniz təlimlərinə başlayıb.
Publika.az xəbər verir ki, Şimali Koreyanın növbəti ballistik raket sınağından bir gün sonra başlayan təlimlərə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, 20 hərbi gəmi, o cümlədən ABŞ-ın nüvə başlıqlı raketlərə malik “Ronald Reyqan” təyyarədaşıyan gəmisi və “USS Annapolis” sualtı qayığı, müxtəlif növ hərbi təyyarə və helikopterlər cəlb olunub.
Məlumata görə, Cənubi Koreya-ABŞ ittifaqının güclü iradəsini nümayiş etdirən və birgə əməliyyatlar üçün imkanları dəqiqləşdirmək məqsədi daşıyan təlimlər 4 gün davam edəcək.
Bildirilir ki, təlimlər Şimali Koreyanın nüvə silahı və sualtı qurğudan ballistik raket buraxılışı sınağı kimi təxribatçı addımlara qarşı praktiki addımdır. Eyni zamanda, Pxenyana qarşı "əzələ nümayişi"dir.
Tural Turan
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?