Sabiq prezident kürsüyə qayıtdı
Bizi izləyin

ABŞ

Sabiq prezident kürsüyə qayıtdı

Braziliyada prezident seçkisi başa çatıb. Dünən keçirilmiş ikinci turda sabiq prezident Luis İnasiu Lula da Silva 50,8 faiz səslə dövlət başçısı Jair Bolsonarunu məğlub edib.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, 1945-ci il təvəllüdlü Luis İnasiu Lula da Silva prezident kürsüsünü 2003-2010-cu illərdə tutub. 2018-2019-cu illərdə korrupsiya ittihamı ilə həbsdə olub, 2021-ci ildə bəraət alıb.

Jair Bolsonaru 2018-ci il oktyabrın 28-də prezident seçilib, 2019-cu il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayıb.

Oktyabrın 2-də keçirilmiş ilk turda 11 namizədlə yarışmış Luis İnasiu Lula da Silva 48,4 faiz, Jair Bolsonaru 43,2 faiz səs toplamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm