ABŞ
ABŞ Finlandiyaya mümkün raket satışını təsdiqlədi

Dövlət Departamenti 535 milyon dollara Amerikanın GMLRS idarə olunan raketləri və digər avadanlıqlarının Finlandiyaya mümkün satışını təsdiqləyib.
Bu barədə Publika.az CNN-ə istinadla xəbər verir .
"Ehtimal edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki bu, Avropada sabitliyin qorunmasında mühüm rol oynayan sübut edilmiş tərəfdaşın müdafiəsini gücləndirməyə kömək edəcək. Finlandiyaya güclü özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın maraqları üçün çox vacibdir”, - deyə Pentaqon məlumatında qeyd olunub.
Amerika tərəfi hesab edir ki, Finlandiya hakimiyyəti bu raketlərdən “milli ehtiyatlarını artırmaq, Avropanın şimal cinahında quru və hava hücumundan müdafiəni gücləndirmək” üçün istifadə edir.
"Milli ehtiyatın yaradılması Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Finlandiyanın müdafiəsi və qarşısının alınması üçün mühüm rol oynayır", - bəyanatda izah edilir.
Amerika administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və potensial olaraq onu bloklamaq üçün 30 günü var.
Xatırladaq ki, may ayında Finlandiya NATO-ya üzv olmaq üçün ərizə vermişdi.
Hüseyn İbadlı

-
Magazin123:48
Aygün Kazımovanın uşaqlıq FOTOSU
-
Əmlak23:36
Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? - VİDEO
-
Dəb23:00
Yayın ən dəbli saç rəngi SEÇİLDİ - FOTO
-
Magazin222:41
Məşhur aktyor 77 yaşında vəfat etdi - FOTO
-
Magazin222:00
Məşhur aktyor vətən borcunu yerinə yetirdi - FOTO
-
Region21:24
CHP-nin İcraiyyə Komitəsi istefa verdi - Kılıçdaroğluna görə
-
Kriminal20:43
Razi Əliyevanı döyən sevgilisi HƏBS EDİLDİ
-
Magazin220:24
Serenayın qısa yubkada rəqsi gecəyə DAMĞA VURDU - VİDEO