Tramp FTB rəhbərini TƏNQİD ETDİ: "Vurulduğuma əmin deyil"
Bizi izləyin

ABŞ

Tramp FTB rəhbərini TƏNQİD ETDİ: "Vurulduğuma əmin deyil"

Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd cəhdi nəticəsində yaralanan keçmiş ABŞ prezidenti Donald Tramp FTB direktoru Kristofer Reyi hadisə ilə bağlı səriştəsiz araşdırmasına görə tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

“FTB direktoru Kristofer Rrey dünən Konqresə deyib ki, mənim qəlpə, şüşə və ya güllə ilə vurulduğuma əmin deyil. Lakin FTB yoxlama belə etməyib”, – siyasətçi yazıb.

Trampın sözlərinə görə, xəstəxana bunun "qulağın güllə yarası" olduğunu təsdiqləyib.

"Bir vaxtlar məşhur FTB-nin ABŞ-ın etibarını itirməsi təəccüblü deyil" , - o qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm