Tramp İranı Yer üzündən silməyə çağırdı: Yoxsa ABŞ liderləri “qorxaqlar” hesab olunacaq
Bizi izləyin

ABŞ

Tramp İranı Yer üzündən silməyə çağırdı: Yoxsa ABŞ liderləri “qorxaqlar” hesab olunacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp İranın nə vaxtsa onu öldürməyə qərar verərsə, Birləşmiş Ştatları bu ölkəni Yer üzündən silməyə çağırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” saytındakı yazısında qeyd edib.

İranın ABŞ-ın düşməni olduğunu bəyan edən Tramp həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun Tehrandan gələn ölüm təhdidlərini müzakirə etdiyi videonu da yayımlayıb. Ağ Evin keçmiş rəhbəri onun məhz İran tərəfindən öldürülə biləcəyi ehtimalını istisna etməyib və bunun baş verəcəyi təqdirdə ABŞ-ı ən sərt şəkildə qisas almağa çağırıb.

“Əgər onlar prezident Trampı öldürsələr, ümid edirəm ki, Amerika Birləşmiş Ştatları İranı məhv edər, onu yer üzündən silər”, - deyə o, məqaləsində yazıb.

Respublikaçıların prezidentliyə namizədi həmçinin vurğulayıb ki, əgər bu, baş verməsə, yəni İran cəzalandırılmasa ABŞ liderləri “zəif iradəli qorxaqlar” hesab olunacaqlar.

Xatırladaq ki, ABŞ hakimiyyəti İranın Donald Trampa qarşı sui-qəsd hazırlaması barədə ölkənin kəşfiyyat xidmətindən məlumat alıb. Qeyd edilir ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar Məxfi Xidmət tərəfindən ölkənin keçmiş prezidentinin təhlükəsizliyinin artırılmasına səbəb olub.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm