General ƏMR ETDİ: Çinlə müharibəyə hazır olun!
Bizi izləyin

ABŞ

General ƏMR ETDİ: Çinlə müharibəyə hazır olun!

ABŞ generalı və Hava Hərəkəti Komandanlığının rəhbəri Mayk Minixan tabeliyində olanlara məktub göndərərək ABŞ-ın iki ildən sonra Çinlə müharibə edəcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, xəbərdarlıq sənədinin məzmununu “NBC News” dərc edib.

“Ümid edirəm ki, yanılıram. Amma instinktim mənə deyir ki, 2025-ci ildə savaşacağıq”, - general qeyd edib.

Hava Hərəkət Komandanlığının 50 minə yaxın əsgəri, 500-ə yaxın təyyarəsi var. Daşınma və yanacaq doldurulmasına cavabdehdir.

Minixan bildirib ki, həm Tayvanda, həm də ABŞ-da 2024-cü ildə prezident seçkiləri keçiriləcəyi üçün ABŞ-ın “diqqəti yayındırılacaq” və Çin prezidenti Si Cinpinin Tayvana hücum etmək imkanı olacaq.

O, “İlk ada zəncirində döyüşməyə və qalib gəlməyə hazır olan gücləndirilmiş, hazır, inteqrasiya olunmuş və çevik Birgə Qüvvələr Birgə Manevr Qrupunun” yaradılması da daxil olmaqla, təlim məqsədlərini açıqlayıb.

Xəbərdarlıq Hava Hərəkət Komandanlığının hava qanadlarının bütün komandirlərinə və Hərbi Hava Qüvvələrinin digər əməliyyat komandirlərinə ünvanlanır və onlara fevralın 28-dək Çinlə döyüşə hazırlıqla bağlı bütün əsas səylər barədə Minixana hesabat verməyi əmr edir.

Minixanın xəbərdarlıq qeydi hərbçiləri bir neçə başqa aspektdə müharibəyə hazırlaşmağa çağırır. Ona tabe olan bütün kadrlar “öz şəxsi işlərini düşünməli” və təlimlərə daha aqressiv yanaşmalıdırlar.

Qeyd edək ki, Bayden dəfələrlə ABŞ-ın Tayvanı müdafiə etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu təsdiqləyib. 2022-ci ilin sentyabrında ABŞ prezidenti Co Bayden Çinin işğalı halında ABŞ ordusunun Tayvanı müdafiə edəcəyini bəyan edib. Birləşmiş Ştatlar Tayvanın əsas beynəlxalq silah təchizatçısıdır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm