ABŞ
Bayden ABŞ üzərində uçan obyektdən danışdı - VİDEO
ABŞ prezidenti Co Bayden naməlum hava şarının vurulması ilə bağlı planlaşdırılmamış bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Dövlət başçısı qeyd edib ki, ABŞ və Kanadanın şimalında obyektlərin vurulması hansısa dövlətin kəşfiyyat proqramları ilə bağlı olduğunu göstərmir. Baydenin sözlərinə görə, keçən həftə ABŞ tərəfindən vurulan üç uçan obyekt çox güman ki, özəl şirkətlərin və ya tədqiqat institutlarının şarları olub.
"Biz hələlik bu üç obyektin nə olduğunu dəqiq bilmirik, həmçinin hazırda onların Çinin casus şarları və ya kəşfiyyat proqramları ilə əlaqəli olduğuna dair əlimizdə heç bir məlumat yoxdur", - ABŞ prezidenti qeyd edib.
Həmçinin Co Bayden bildirib ki, əgər “obyekt” ABŞ üçün təhlükə yaradırsa, o zaman prezident onun vurulmasını əmr edəcək.
Xatırladaq ki, fevralın 5-də ABŞ hərbçiləri bir neçə gün ABŞ ərazisi üzərində uçan ÇXR-ə məxsus hava şarını vurublar. Pentaqon vurulan cihazı casus maşını adlandırıb, Çin isə hava şarının mülki araşdırma olduğunu və təsadüfən ABŞ-ın üzərinə düşdüyünü bildirib. Amerika tərəfi endirilən şarın qalıqlarını Çinə qaytarmaqdan imtina edib.
Çin xarici işlər nazirinin müavini Se Feng isə ABŞ-ın bu addımının iki ölkə arasında münasibətlərin sabitləşməsi prosesinə xələl gətirdiyini söyləyib.
Aytən Məftun
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?