Aİ Ukrayna üçün maliyyəni artıracaq
Bizi izləyin

ABŞ

Aİ Ukrayna üçün maliyyəni artıracaq

"Avropa Birliyi Ukraynaya silah almaq üçün istifadə olunan fondu tezliklə 3,7 milyard dollara qədər artıra bilər".

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı rəsmisi bildirib.

Xarici işlər naziri Cosef Borel tərəfindən tərtib edilmiş plana əsasən, Aİ ölkələri Ukraynaya daha çox artilleriya mərmisi göndərmək üçün 1,06 milyard dollar maliyyə stimulları alacaq və daha 1,06 milyard dollar yeni mərmilərin birgə alınmasına yönəldiləcək.

Aİ rəsmisi Kiyevin silahlanmasının maliyyələşdirilməsi üçün istifadə olunan fonda istinad edərək, “Əgər bu paket üzrə razılaşma əldə olunarsa, AƏF-in (Avropa Sülh Fondu) resursları tükənəcək”, - deyib və əlavə edib ki, "Üzv dövlətlər 3,7 milyard dollarlıq yeni mümkün əlavə ödənişi etmək istəyib-istəmədikləri haqqında qərar verməlidirlər".

Aİ rəsmisi bildirib ki, bir milyon mərmi “yerdəki taktiki vəziyyətdən asılı olaraq” 3 aydan 5 aya qədər Ukraynanı qorumalıdır.

Onun sözlərinə görə, qərbin silah ehtiyatları müharibə başlayandan sonra 1 il vaxt ərzində tükənib və 155 mm-lik artilleriya mərmiləri Ukraynaya sifariş verildiyi gündən təxminən bir il ərzində çatdırıla bilər.

“Biz bilirik ki, bəzi ölkələrin ehtiyatları demək olar ki, tamamilə tükənib. AƏF bu raundların 350 000-ni Kiyevə çatdırmaq üçün Aİ üzv dövlətlərinə kompensasiya ödəyib", - o deyib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm