ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
Bizi izləyin

ABŞ

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ hakimiyyəti Ukraynaya daha bir hərbi yardım paketi ayırmağa qərar verib. Onun dəyəri 350 milyon dollardır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

O qeyd edib ki, Ukrayna 34-cü hərbi yardım paketini alacaq. Buraya HIMARS RZSO və "Bradley" BMP üçün döyüş sursatı, artilleriya qurğuları üçün mərmilər, HARM anti-radar raketləri və tank əleyhinə sursatlar daxildir.

Bundan əlavə, Birləşmiş Ştatlar bu paketdəki çay qayıqlarını Ukrayna Silahlı Qüvvələrinə ötürmək niyyətindədir.

Yəqin ki, Kiyev çoxdan elan edilmiş əks-hücum zamanı çay maneələrini keçməli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm