ABŞ
Energetika naziri: "Neft ehtiyatının artırılmasına illər lazımdır"

ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib ki, ölkənin strateji neft ehtiyatını artırmaq üçün bir neçə il lazım olacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə konqresdə büdcə dinləmələrində danışan Qranholm əmtəə müdaxilələri səbəbindən strateji ehtiyatın dayazlaşdığını bildirib. O, izah edib ki, Amerika hakimiyyətinin yanacağı satdıqlarından daha ucuz almaq istəyi prosesə mane olur.
Nazir qeyd edib ki, bu il belə aşağı qiymətlərdən yararlanmaq çətin olacaq, lakin administrasiya “vergi ödəyicilərinin dollarlarına qənaət etmək” istədiyi üçün gələcəkdə də yaxşı sövdələşmələr axtarmağa davam edəcək.
Onun sözlərinə görə, məqsəd nefti geri almaqdır. Belə ki, orta hesabla bir barel neft 94 dollara satılıb və onu 72 dollardan aşağı qiymətə almaq niyyətindədirlər. Bunun bir neçə il ərzində həyata keçirilməsi planlaşdırılır.
Aytən Məftun

-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO
-
Hadisə03:13
Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ/ VİDEO
-
Nida Xəbər 31 May 23:52
Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı - VİDEO