ABŞ
ABŞ-dan "TikTok" AÇIQLAMASI: "Ən böyük qorxularımdan biridir"

Əminəm ki, ABŞ prezident administrasiyası Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsinin ölkədə istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner "CBS News"a müsahibəsində deyib.
Uorner deyub ki, bu sosial şəbəkə amerikalı istifadəçilərin şəxsi məlumatları üçün təhlükə yaradır:
"Sosial şəbəkə Pekindən informasiya təsirinin bir yolu ola bilər. Bu, ən böyük qorxularımdan biridir. "TikTok" sosial şəbəkəsi Kommunist Partiyasının (Çin) təbliğ etdiyi təbliğat və ya dezinformasiya üçün istifadə oluna bilər".
Qeyd edək ki, "TikTok" rəhbəri Çjou Şouzi cümə axşamı ABŞ Konqresində keçirilən dinləmələrdə bildirib ki, sosial şəbəkə Çin hökuməti tərəfindən idarə olunmur və vətəndaşların şəxsi məlumatları ABŞ-da nəzarət altında saxlanılır.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə deyib ki, Şouzinin çıxışı ABŞ hakimiyyətinin milli təhlükəsizliyə təhdid kimi bu sosial şəbəkəyə münasibətini dəyişməyib.
Hüseyn İbadlı

-
Magazin106:07
“Səsin üçün darıxmışam” - FOTO
-
Magazin104:14
Elzanın qalmaqal yaşadığı gəncə Rozadan sürpriz - VİDEO
-
Hadisə01:41
İlkin Süleymanovun vəkilindən şok detallar
-
Qoroskop00:09
Günün ULDUZ FALI: başqalarını yaşam ərazisinizə buraxmayın
-
Magazin17 İyun 23:48
Flora Kərimova ilə Ülviyyə Alovlu arasındakı məhkəmə bitdi - VİDEO
-
Hadisə7 İyun 22:39
Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - ANBAAN VİDEO
-
Nida Xəbər 7 İyun 21:40
Ermənilər 6 saat mövqelərimizi ATƏŞƏ TUTDU
-
Magazin17 İyun 18:45
Azərbaycanlı aparıcı ABŞ-də evləndi - FOTO