Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
Bizi izləyin

ABŞ

Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...

Melania Trampın ərinin Nyu-Yorkdakı mitinqi zamanı qəfil səhnəyə çıxması amerikalıları şoka salıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.

Məlumata görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədin həyat yoldaşı indiyədək Trampın hazırkı seçki kampaniyası zamanı heç vaxt danışmayıb, yalnız arabir şəxsi tədbirlərdə iştirak edib. Üstəlik, ərinə sui-qəsddən sonra da Miluokidəki mitinqdə danışmayıb.

NYP qeyd edib ki, Tramp Melanianın səhnəyə çıxmasına reaksiyası belə olub: “Gözəl həyat yoldaşımla birlikdə olmaqdan şadıq”.

Qeyd edək ki, bundan əvvəl Melania Tramp ərinin qarşıdan gələn seçkilərdə qələbə qazanacağına inandığını bir detalla eyham edib. Paparatsilər modeli Nyu Yorkda "Louis Vuitton" moda evindən 3 min dollar dəyərində səyahət çantası ilə görüntüləyib. Jurnalistlər çantanın üzərində FLOTUS - Amerika Birləşmiş Ştatlarının birinci xanımı abbreviaturası olan etiketə diqqət yetiriblər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm