30 ildən sonra ilk: Bayden onu Ağ Evə dəvət etdi - FOTO
Bizi izləyin

ABŞ

30 ildən sonra ilk: Bayden onu Ağ Evə dəvət etdi - FOTO

ABŞ prezidenti Co Bayden hərbi bazalarını və limanlarını Amerika ordusuna açan, Pentaqon ilə bir sıra hərbi əməkdaşlıq müqavilələri imzalayan Cənubi Kipr administrasiyasının lideri Nikos Xristodulidisi Ağ Evə dəvət edib.

Publika.az xəbər verir ki, Xristodulidis 28 ildən sonra Ağ Evə dəvət alan ilk Kipr lideri olub. Yunanıstan mətbuatının Ağ Evdəki mənbələrə əsaslanan xəbərinə görə, Xristodulidis çərşənbə günü Baydenlə görüşəcək.

Baydenin dəvəti Cənubi Kiprin Pentaqon ilə hərbi əməkdaşlıq müqaviləsi imzalamasından, Pafos şəhərindəki Andreas Papandreu hava bazasını ABŞ-a açmasından, iki ölkənin silahlı qüvvələri arasında təlim başlamasından sonra gəlib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm