ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü
Bizi izləyin

ABŞ

ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü

ABŞ-şın Tennessi ştatının Nashville şəhərindəki kilsə məktəbində atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

WKRN telekanalının məlumatına görə, məktəbin 3 şagirdi və 3 yetkin əməkdaşı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Xilasetmə Xidmətinin nümayəndələri jurnalistlərə bildiriblər ki, hazırda həkimlər çoxlu yaralıya yardım göstərirlər.

Polisin dediyinə görə, atəş açan şəxs məktəb binasına yan girişdən daxil olub, birinci mərtəbə ilə addımlayıb, sonra atəşi dayandırmadan yuxarı qalxıb. Polis çatdıqdan sonra ikinci mərtəbədə atəş açan şəxsi məhv edib.

Bir müddət sonra yerli polis bölməsinin rəsmi nümayəndəsi atəş açan şəxsin iki tüfəng və tapança ilə silahlanmış qız olduğunu bildirib.

Hazırda atıcının kimliyi ilə bağlı məlumatlar müxtəlifdir: bəzi məlumatlara görə, atıcı yeniyetmə, digərlərinə görə isə Neşvilin 28 yaşında gənc sakini olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm