ABŞ
Baydendən möhtəşəm addım: Razılıq əldə edildi
Ağ Ev və Respublikaçılar Partiyası dövlət borcunun tavanının artırılması barədə razılığa gələ biliblər.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, yeni razılıq sayəsində ABŞ-ın dövlət borcunu daha rahat şəkildə artırmaq mümkün olacaq.
Artıq razılığı Respublikaçıların Konqresdəki nümayəndəsi sayılan spiker Kevin Makkarti də təsdiqləyib. O, Baydenin bu addımı atana qədər çox vaxt itirdiyini söyləyib.
Bayden yeni razılığın dəhşətli defoltun qarşısını alacağını bildirib. Prezident razılaşmanı “kompromis variant” adlandırıb və hər kəsin istədiyini aldığını qeyd edib.
“Röyter” borc tavanının iki il müddətinə artırılacağını yazıb. Lakin agentliyin mənbələri bildirib ki, tərəflər xüsusilə qeyri-hərbi sahə ilə bağlı xərcləri azaltmağa razılaşıblar.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu 31,2 trilyon dollara çatıb.
-
Region16:10
Gürcüstan prezidentinin qaçacağı yer bəlli oldu: Bu ölkə sığınacaq verdi
-
İqtisadi gündəm15:30
Mərkəzi Bankdan MƏLUMAT: Avro ucuzlaşdı, dollar isə...
-
Sosial14:45
Prezidentin 5 il sonra yenidən eyni vəzifəyə təyin etdiyi Elbrus İsayev kimdir? - DOSYE
-
Sosial14:18
Bu ərazilərimizə leysan yağır - FAKTİKİ HAVA
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi