ABŞ
ABŞ Türkiyəyə "F-16"ların satışı üçün ŞƏRT QOYDU

ABŞ Prezidenti Cozef Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbətində etiraf edib ki, ABŞ Konqresi Ankaraya “F-16” qırıcılarının satışı üçün İsveçin NATO-ya daxil olmasını şərt kimi qoyub.
Publika.az xəbər verir ki, bi barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Qəzetin Ankara bürosunun jurnalisti Hande Fırat prezidentlər arasında son telefon danışığının müvafiq təfərrüatlarını öyrənə bilib.
Tlefon danışığı mayın 29-da - Ərdoğanın qələbəsi ilə bitən prezident seçkilərinin ikinci turundan sonra olub.
"Bayden bildirib ki, “F-16” qırıcılarının satışında irəliləmək istəyir, lakin Konqres İsveçi şərt olaraq qoyur. Söhbət Türkiyənin Stokholmun alyansa daxil olması ilə bağlı protokolu təsdiqləməsindən gedir” - Hande Fırat bildirib.
Fıratın sözlərinə görə, Amerika lideri Qərbin Ərdoğana qarşı hücumlarını ədalətsiz hesab edir. Baydenin bu tərzdə çıxışı söhbətdə iştirak edən Ərdoğan administrasiyasının üzvlərinin təəccübünə səbəb olub.
Bundan əvvəl, Bayden administrasiyası bəyan edib ki, Türkiyəyə Amerika “F-16” qırıcılarının tədarükünü Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiyası ilə şərtləndirmir.
Hüseyn İbadlı

-
Kriminal00:00
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ / VİDEO
-
Region30 Sentyabr 23:12
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
-
Sosial30 Sentyabr 21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial30 Sentyabr 21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin230 Sentyabr 21:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 30 Sentyabr 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial30 Sentyabr 20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto30 Sentyabr 20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ