ABŞ-dan Ermənistan-Azərbaycan danışıqları ilə bağlı açıqlama: Səbirsizliklə gözləyirik
Bizi izləyin

ABŞ

ABŞ-dan Ermənistan-Azərbaycan danışıqları ilə bağlı açıqlama: Səbirsizliklə gözləyirik

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu ayın sonunda baş tutacaq görüşünü səbirsizliklə gözləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Vedant Patel deyib.

“Məndə konkret tarixlər yoxdur. Lakin bəli, tərəflər Cənubi Qafqaz regionununda sülhsevər gələcəyə doğru addımlar atmağa davam etdiyi üçün bu ayın sonu Vaşinqtonda danışıqların növbəti mərhələsinin həyata keçməsini gözləyirik.

Birbaşa dialoq problemlərin həlli və davamlı sülh prossesinə nail olmaq üçün açardır. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında danışıqların müxtəlif məkanlarda, o cümlədən son olaraq liderlərin görüşü istiqamətində getməsindən olduqca məmnundur”, - Patel bildirib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm