ABŞ
İkisi də prezidentlik sevdasında: Amma xalq nə onu istəyir, nə də...
Amerikalılar hesab edirlər ki, Bayden və Tramp yenidən seçilmək üçün uyğun deyil.
Publika.az xəbər verir ki, "YouGov" araşdırma şirkəti və "Yahoo News" xəbər portalının birgə keçirdiyi sorğuya əsasən, əksər amerikalılar nə ABŞ-ın keçmiş prezidenti Donald Trampın, nə də indiki dövlət başçısı Co Baydenin 2024-cü ildə yenidən ABŞ prezidentliyinə seçilməyini istəyir.
Araşdırmaya görə, sorğuda iştirak edən amerikalıların 55%-i hesab edir ki, Bayden ABŞ-ın yeni prezidenti vəzifəsinə uyğun deyil, 53%-i isə Tramp haqqında bu cür düüşünür.
Baydenin prezidentliyə yararsız olmasının səbəblərindən danışan respondentlərin 20%-i onun səriştəsizliyini qeyd edir, 12%-i onun çox qoca olduğunu bildirir, 10%-i korrupsiyasından danışır, 9%-i hazırkı prezidenti öz işini zəif yerinə yetirdiyinə görə tənqid edir, 3%-i isə Baydenin sadəcə olaraq təhlükəli olduğunu düşünür.
Trampın məsələsində bu arqumentlər demək olar ki, tərsinədir: keçmiş prezidenti pisləyənlərin 21%-i onun təhlükəli olduğuna inanır, 17%-i rüşvətxorluğundan danışır, 6%-i səriştəsizliyini qeyd edir, 5%-i prezident kimi çalışdığı müddətdə özünü doğrultmadığını vurğulayır. Maraqlıdır ki, rəyi soruşulanların yalnız 2%-i Trampın Baydendən dörd yaş kiçik olmasına baxmayaraq, onun ABŞ prezidentliyi üçün çox yaşlı olduğuna inanır.
Qeyd edək ki, sorğu iyulun 13-dən 17-dək aparılıb və orada 1638 amerikalı böyüklər iştirak edib.
Mehti Kamiloğlu
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham