Baydenin başı dərddə - Yaxın vaxtlarda ona qarşı...
Bizi izləyin

ABŞ

Baydenin başı dərddə - Yaxın vaxtlarda ona qarşı...

ABŞ Konqresinin Nümayəndələr Palatası Baydenin impiçmenti üzərində işləyir.

Publika.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin ailə üzvlərinin xaricdəki korrupsiya sxemləri işi ilə bağlı ona impiçment elan etməyə hazırlaşır. Bunu "Fox News" telekanalına müsahibəsində Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.

Konqresmenin qeyd etdiyi kimi, seçki kampaniyası zamanı Bayden heç vaxt biznes haqqında danışmadığını iddia edib. Üstəlik, hazırkı prezidentin sözlərinə görə, onun ailəsi Çindən “bir dollar da” almayıb.

"Biz bunun doğru olmadığını sübut etdik... İş Konqresə bütün digər zəruri bilik və məlumatları əldə etmək üçün ən güclü səlahiyyət verəcək impiçment araşdırmasına doğru gedir", - Makkarti bildirib.

Nümayəndələr Palatasının spikeri onu da əlavə edib ki, Bayden sonuncu dəfə ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun administrasiyası dövründə tətbiq edilən üsullardan istifadə edir. Makkartinin sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri hökumətdən öz ailəsinin maraqları üçün silah kimi istifadə edir, həmçinin Konqresə “nəzarət” etməyə imkan vermir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm