ABŞ hərbi təyyarəsi bu adada qəzaya uğradı: Göyərtədə 8 nəfər olub
Bizi izləyin

ABŞ

ABŞ hərbi təyyarəsi bu adada qəzaya uğradı: Göyərtədə 8 nəfər olub

Göyərtəsində səkkiz ekipaj üzvü olan Amerikanın hərbi təyyarəsi Yaponiya adalarından birində qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hazırda ekipaj üzvlərinin sağ qalıb-qalmadığı məlum olmasa da, sahil mühafizəsi bir nəfərin hadisə yerində huşsuz vəziyyətdə tapıldığını və yaxınlıqdakı limana aparıldığını bildirib.

Yerli media bildirir ki, sahil mühafizəsi qəza yerinin yaxınlığında dağıntılar aşkar edib.

Sahil mühafizəsi bildirib ki, Yaponiyanın ən cənubunda yerləşən Kyuşu adasının cənubunda yerləşən Yakuşima ətrafında patrul gəmiləri və təyyarələri səfərbər edilib.

Yaponiyanın NHK telekanalı bildirib ki, “Osprey” təyyarəsi Yamaquçi bölgəsindəki Xirosima yaxınlığındakı ABŞ bazasından yola düşüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm