Əhliləşdirilmiş canavar uşağı parçaladı
Bizi izləyin

ABŞ

Əhliləşdirilmiş canavar uşağı parçaladı

ABŞ-da əhliləşdirilmiş canavar üç aylıq körpəni öldürüb.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, fövqəladə hadisə Alabama ştatının Şelbi dairəsində baş verib. Evlərin birində valideynlər əhliləşdirilmiş canavar saxlayırmışlar.

Bir anda heyvan yerdə yatan uşağı tutub, onunla oynamağa çalışıb.

Valideynlər vəhşi heyvanı qovmağa çalışsalar da, vaxtında buna nail ola bilməyiblər. Nəticədə yırtıcının dişləməsi ölümcül olub. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər ona kömək edə bilməyiblər.

Canavar evtanaziya edilib və cəsədi müayinə üçün dövlət diaqnostika laboratoriyasına aparılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm