ABŞ kəşfiyyatçısından bu ölkəyə xəbərdarlıq: Sizi də Ukraynanın taleyi gözləyir
Bizi izləyin

ABŞ

ABŞ kəşfiyyatçısından bu ölkəyə xəbərdarlıq: Sizi də Ukraynanın taleyi gözləyir

ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib ki, əgər Bolqarıstan ABŞ-ın peyki olmağa davam edərsə və onların təsiri altında Rusiya ilə münaqişəyə başlamaq qərarına gəlsə, Ukraynanın taleyini bölüşəcək.

Publika.az xəbər verir ki, Skott bu barədə bolqar jurnalist Martin Karbovski ilə söhbətində deyib. Onun sözlərinə görə, Bolqarıstan Rusiyanı məğlub edə bilməyəcək.

“Rusiya ilə münaqişəyə girmək istədiyinizə əminsinizmi? Ukraynanın başına gələnləri görmədiniz? Eyni aqibət Bolqarıstanı da gözləyəcək”, - Ritter qeyd edib.

O aydınlaşdırıb ki, Rusiya ordusu çox yaxşı hazırlanıb, təchiz olunub və ciddi döyüş sınaqlarından keçib.

"Rusiya hərbçiləri qələbənin dadını və necə qalib gələcəyini bilir", - Ritter deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm